Bu gün teleqrafla bildirildiyi kimi, knyaz Qolitsinə hücum edən cinayətkarlar ermənilərdir. Bu xırda məlumat həmin biabırçı və müəmmalı hadisənin əsil mahiyyətini aşkar etmək üçün kifayət deyil, lakin eyni zamanda onun açılma istiqamətinin səmtinin müəyyənləşdirməyə yardım edə bilər. Görünür, knyazın oğurlanması nəzərdə tutulmayıb.
Bu günə kimi knyazın ekipajı üzərinə atılan üç quldurun kolluqda hansısa yardımçılarının gizlənməsi aşkar edilməyib. Qaçırılma kimi çətin və cəsarət tələb edən işi istisnasız olaraq bu üç nəfərin öz üzərlərinə götürməsi isə ağlasığacaq iş deyil. Görünür, qarşımızda cənab knyaz Qolitsini öldürə bilməsələr də, yaralamaq tapşırılmış üç muzdlu, şübhəli erməni durur. Qafqazda erməni ixtişaşları ilə ifadə olunan son dövrlərin hadisələri bu hadisənin də həmin ixtişaşların birbaşa əks-sədası olduğunu güman etməyə əsas verir. Öldürülmüş cinayətkarlar quldur deyillər, erməni dairələrinin siyasi intriqalarında hansısa rol oynamaq iqtidarında olmayıblar. Görünür, onlar sadəcə olaraq Qafqazda rus hakimiyyət dairələri tərəfindən erməni ixtişaşlarını yatırtmaq və onların quldur hücumlarının qarşısını almaq üçün tədbirlər görülməsindən xoşlanmayan erməni partiyalarının əllərində alət olublar.
“Novoe vremya” qəzeti, 1 noyabr (19 oktyabr) 1903-cü il

















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











