Qaraqoyunlu və Ağqoyunlu dövləti
Hələ VI-VII əsrlərdə Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş oğuz tayfalarından olan qaraqoyunlular bu dövlətin hərbi-siyasi həyatında fəal iştirak edirdilər.
Hələ VI-VII əsrlərdə Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş oğuz tayfalarından olan qaraqoyunlular bu dövlətin hərbi-siyasi həyatında fəal iştirak edirdilər.
Səlcuqilər dövlətinin tənəzzülü dövründə yaranmış müstəqil soltanlıqlar öz növbəsində, yeni tip dövlət birliklərini doğurdu.
Azərbaycanın və bir sıra qonşu ölkələrin hərbi-siyasi tarixində fəal rol oynamış Şəddadilər sülaləsi X əsrin ortalarından XII əsrin sonunadək Cənubi Qafqazın Gəncə, Naxçıvan, Dvin və Ani əmirliklərində hakimiyyət başında olmuşlar. 951-ci ildə Salarilər dövlətində yaranmış ağır vəziyyətdən istifadə edən mənşəcə kürd Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad ibn Qurtaq, ondan sonra isə oğulları Əbülhəsən Əli Ləşkəri və Fəzl Salarilərin tabeçiliyində olan torpaqlar uğrunda mübarizəni gücləndirdilər.
Sacilər dövləti
9-cu əsrin sonunda xilafətin siyasi hakimiyyətinin zəifləməsi tarixi Azərbaycan ərazisində müstəqil və yarımmmüstəqil dövlətlərin yaranmasına səbəb oldu. Həmin dövrdə cənubda Sacilər sülaləsinin yaratdığı yeni dövlət təşəkkül tapdı (898-941). Dövlətin yaranması mənşəcə usruşanalı türk olan xəlifə sərkərdəsi Əbu-s-Sac Divdadatın oğlu Məhəmmədin adı ilə bağlıdır.
VI yüzilin əvvəllərində alban arşakilər sülaləsinin Sasanilər tərəfindən ləğvi qədim Şirvan torpağında, Şabrançay və Gilgilçay hövzələri ərazisində “şirvanşah” titullu hakimlərin idarə etdiyi yeni qurumun təşəkkülü üçün zəmin yaratdı. Onun şimal sərhəddi Dərbənd idi. Tarixi ənənə bu dövlətin əsasının qoyulmasını Sasani hökmdarı I Ərdəşirin (224-241), digər mülahizəyə əsasən isə I Xosrov Ənuşirəvanın (531-579) adları ilə bağlayır.
Albaniya dövlətinin e.ə. IV -III əsrlərdə formalaşdığı ehtimal olunur.Şimalda Qafqaz dağları, Şərqdə Xəzər dənizi, qərbdə İberiya, cənubqərbdə Ermənistan, cənubda isə Atropatena ilə həmsərhəd idi. Beləliklə, Qədim Albaniyanın ərazisi müasir Azərbaycan Respublikasını, indiki Ermənistan Respublikasının böyük hissəsini, Dağıstan Respublikasının (Rusiya Federasiyası) cənub hissəsini, Gürcüstanın Alazan və İori çaylarının vadisini əhatə edirdi. Antik, alban və digər mənbələrin məlumatına görə, Albaniyada 26 tayfa məskunlaşmışdı. Alban tayfası Şimali Azərbaycanda ən iri tayfalardan biri idi. Məhz buna görə də bütün ölkə “Albaniya” adlanmağa başlamışdı. Antik dövrdə Albaniya yadelli işğalçılara qarşı inadlı mübarizə aparmış və müstəqilliyini qoruya bilmişdi.