HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Qarabağ Azadlıq Təşkilatı “Azərbaycan xalqına qarşı ilk soyqırım” mövzusunda Dəyirmi Masa keçirib.

azpressaz-soyqirim-qat-29

Bu gün Qarabağ Azadlıq Təşkilatı XX əsrin ilk illərində Azərbaycan xalqına qarşı erməni terror təşkilatları və silahlı dəstələri tərəfindən həyata keçirilən soyqırımın 110 illiyi ilə əlaqədar “Azərbaycan xalqına qarşı ilk soyqırım” mövzusunda Dəyirmi Masa keçirib. QAT sədri Akif Nağı giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti və məqsədilə bağlı məlumat verib. Sonra QHT rəhbərləri Rauf Zeyni, Faiq İsmayılov, Mübariz  Əhmədoğlu, Rey Kərimoğlu, Qafar Çaxmaqlı, Vəli Əlibəyov, Mehdi Mehdiyev, Üzeyir Cəfərov, Kamil Şirinov, Radə Abbaş, Mehriban Abdullayeva, Fəridə Əsgərova, Şamil Mehdi, Nəsimi Qarabağlı, İradə Polad, İradə Rzazadə, Anar Əliyev, tədqiqatçı alimlər Elman Nəsirov, Firdovsiyə Əhmədova, Nazim Mustafa, Tofiq Həsənov və digərləri çıxış edərək məsələnin əhəmiyyəti və görüləcək işlərlə bağlı bildiriblər ki, ermənilərin saxta “erməni soyqırımı”ətrafında hay-küy salmalarının, saxta “soyqırımı”n “100 illiyi” ilə bağlı iddialarının heç bir əsası yoxdur. Erməni ideoloqlarının dediklərinin, beynəlxalq rəyə zorla yeritmək istədiklərinin hamısı yalandır.

Strasburqda tarixi məhkəmə

doğu perinçek

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Böyük Palatasında Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçək ilə İsveçrə hökumətinin uydurma “erməni soyqırımı” məsəsləsi ilə bağlı apellyasiya məhkəməsi keçirilir.

Uydurma “soyqırımı” iddiaları Ermənistanın Azərbaycan torpaqlarının işğalını və Xocalı soyqırımını ictimai diskussiyadan sıxışdırıb çıxarmaq üçündür

Soyqirim manset

İsveçrənin müstəqil www.infosperber.ch internet portalında 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı “Ermənistan: kütləvi deportasiya soyqırımı idi?” başlıqlı məqalə dərc olunub. Tarixçi alim Hakkı Keskinin qələmə aldığı məqalədə saxta erməni iddiaları, bu iddiaları əsassız sayan Doğu Pərincək və İsveçrə dövləti arasında məhkəmə çəkişməsi, Avropa İnsan Haqları Məhkəməsinin yaxın günlərdə gözlənilən qərarı ilə əlaqədar “erməni soyqırımı“ mövzusuna elmi mənbələr əsasında qiymət verilib.

Amerikalı siyasi icmalçı Raul Kontreras Xocalı qırğını haqqında: “Bu faciəyə yalnız bir ad vermək olar – soyqırımı”

The Hill

“The Hill” qəzetində amerikalı siyasi icmalçı Raul Kontrerasın “Böyük Yaxın Şərqdə başqa müttəfiq axtarışında” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə ABŞ-ın müasir xarici siyasətində qarşılaşdığı çətinliklər, mürəkkəb beynəlxalq problemlərin həllində Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşları ilə qarşılıqlı münasibətləri və Birləşmiş Ştatların bu regiondakı etibarlı müttəfiqləri ilə yaxınlaşmasının zəruriliyi haqda söhbət gedir.

2015-ci il erməni diasporu üçün final ili olacaq

ermeni soykirimi yalani

“Bu ləkəni bu dəfə siləcəyik, ən azı elmi cəhətdən. 2015-ci il erməni diasporu için bir final ili olacaqdır. Erməni soyqırımı iddialarına qarşı Türkiyə Baş nazirliyinin nəzarətində İstanbul və Parisdə iki beynəlxalq simpoziumun keçirilməsi nəzərdə tutulur”.