Quba Soyqırımı Memorial Kompleksində elmi-praktik seminar keçirilib
Martın 31-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksində “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda elmi–praktik seminar keçirildi. Seminarda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, “1905.az” portalının, “Miras” İctima Birliyinin əməkdaşları, alimlər və Qərb Universitetinin tələbələri iştirak edirdilər.