HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Kədərli Naxçıvan hadisələri

1905-ci ilin may ayının əvvəllərində Bakı erməni-müsəlman toqquşmasından sonra Naxçıvan erməni-müsəlman camaatı artıq həyəcanda idilər. Buna nisbət ermənilər əsla qorxmayıb həmişə müsəlmanlara əziyyət verməkdə idilər.

Zəngəzurda soyqırım

1918-ci il aprel çevrilişinə qədər erməni vəhşiliklərindən ən çox ziyan görmüş Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı güc işlətmək siyasəti bir an da olsun belə kəsilmir, hərdən səngisə də, sonra daha yeni qəddarlıqlarla təkrar olunurdu.

Göyçay və Cavad qəzalarında erməni vəhşilikləri

1f9d11ba90d1a33cdd996998ad1d7ab1

“Hələ qırğınlardan çox əvvəl, ermənilər bizimlə düşmənçilik edir və deyirdilər ki, onlar bizə padşahlıq edəcəklər …”;

“Ermənilər sərxoş olanda lovğalanaraq ağızlarından qaçırırdılar ki, buraya daşıdığımız silahları müsəlmanlar üçün hazırlayırıq, biz bütün müsəlmanları hörümçək toru kimi əhatə etmişik, gün gələcək, biz onların üzərinə cumaraq məhv edəcəyik…”;

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür


Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti tariximizin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, əzəli Azərbaycan ərazilərində uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Bu gün həmin faciədən artıq 31 il ötür.

Ağdaban faciəsindən 32 il ötür

Bu gün Ağdaban faciəsindən 32 il ötür.

AZƏRTAC faciə ilə bağlı bəzi məqamlara nəzər salır.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Kütləvi məzarlıqlar tarixi acılara ayna tutur

Tədqiqatçı Bilal ŞİMŞİR:“Erməni millətçiləri 1880-cı illərdən başlayaraq Anadoluda amansızcasına türk qanı tökməyə başladılar. Onlar böyük dövlətlərə arxalanaraq belə bir qanlı prosesə atıldılar”.[1]