HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Ağdabanın qara günü


1992-ci il aprelin 7-dən 8-nə keçən gecə işğalçı Ermənistanın quldur hərbi birləşmələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək evləri yandırmış, dinc əhaliyə qarşı kütləvi qırğın törətmişdi. Bir yaz gecəsinin şirin yuxusunda ikən kənd odlara qalanmış, törədilən soyqırımı nəticəsində dinc sakinlərinin başına müsibət gətirilmiş, camaatın mal-mülkü, var-dövləti talan edilmişdi. Hələ Qarabağ münaqişəsinin ilk vaxtlarında erməni quldurları Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün müxtəlif vasitələrə əl atır, ayrı-ayrı kəndlərə soxularaq dinc əhaliyə divan tuturdular. Ağdaban kəndinin işğalına aparan yol 1989-cu il iyulun 10-da başlamışdı. Həmin gün Ağdabanda baş verən hadisə erməni quldurlarının həyata keçirmək istədiyi çirkin planın tərkib hissəsi idi.


Zəngəzurda soyqırım

 

1918-ci il aprel çevrilişinə qədər erməni vəhşiliklərindən ən çox ziyan görmüş Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı güc işlətmək siyasəti bir an da olsun belə kəsilmir, hərdən səngisə də, sonra daha yeni qəddarlıqlarla təkrar olunurdu.

1918-1919-cu illərdə Lənkəran qəzasında azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı

4570740e71dfba77ff9532a9c829b132

1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik dəstələri Bakıda, Şamaxıda və Qubada türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirərək minlərlə dinc insanı öldürmüş, əmlaklarını müsadirə etmiş, tarixi abidələrini dağıtmışdı. Bolşevik-daşnak hərbi dəstələri Lənkəran qəzasını da talan etmiş, dinc əhali qətlə yetirilmişdi.