Zərdab ətirli kitab
Bu kitabı birnəfəsə oxumaq olur.
Bu kitabı birnəfəsə oxumaq lazımdır.
Bu kitabı birnəfəsə oxumaq olur.
Bu kitabı birnəfəsə oxumaq lazımdır.
Erməni xisləti, erməni siyasəti, erməni riyakarlığı, erməni saxtakarlığı, erməni şərəfsizliyi – bütün bunlar, əslində beynəlxalq ictimaiyyət üçün naməlum məqamlar deyil. Qonşu xalqın mənfur məqsədləri üçün hansı yollara əl atmaları, onların yuxarıda sadalanan xüsusiyyətləri barədə əslində az yazılmayıb, az deyilməyib.
LAP LAMBERT Academic Publishing beynəlxalq nəşriyyatı tərəfindən Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” adlı monoqrafiyası dərc edilib. Kitabda mifopoetikanın metodoloji və nəzərə məsələləri, arxetip mənaların və süjetlərin fəlsəfi-estetik məzmunu və bədii funksiyaları, müasir rus yazıçılarının yaradıcılıq axtarışlarında mifoloji və folklor elementlərinin rolu tədqiq edilib.
“Bukinist Mendel” rubrikasında bu dəfə “Amerika-İsrail kooperativ təşəbbüslər” qeyri-kommersiya təşkilatının icraçı direktoru, Yəhudi Vitual Kitabxanasının direktoru Mitçell Bardın “Miflər və faktlar. Ərəb-İsrail münaqişəsi haqqında soraqça” kitabını təqdim edirik.
“Səfir Morqentaunun tarixçəsi. Erməni xalqının faciəsi” kitabı 2010-cu ildə Moskvada, “Sentopoliqraf” nəşriyyatında çap olunub. Kitab 1913-1916-cı illərdə Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri olan Henri Motqentau tərəfindən qələmə alınıb. Xüsusi olaraq qeyd edək ki, Henri Morqentaunun qələmə aldığı kitabın əsil adı “Səfir Morqentaunun tarixçəsi”dir və “Erməni xalqının faciəsi” adının buraya əlavə edilməsi kitabın rus naşirlərinin təşəbbüsüdür. Elə həmin naşirlər tərəfindən də kitabın annotasiyasında nəşrdə Türkiyə imperiyasının şərq əyalətlərində yaşayan ermənilərin qırılmasının təsvir olunduğu vurğulanır. Halbuki 319 səhifəlik kitabın yalnız onda bir hissəsi ermənilərlə bağlı məsələlərə həsr olunub.