HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənilər tarixi Azərbaycan torpaqlarına haradan və nə vaxt gəlmişlər?

foto

XX əsrin sonlarında SSRİ adlanan imperiyanın dağılması ilə tarixşünaslıq elmində mövcud olan bir sıra stereotiplər və saxta konsepsiyalar da aradan qalxmışdır. Sovet hakimiyyəti illərində indiki Ermənistan ərazisinin tarixini yazmaq bir qayda olaraq ermənipərəst və erməni tədqiqatçıların monopoliyasında olmuşdur.

Rus qoşunları basqın edərkən xanlıqların təbəələri olan ermənilər casus rolunu oynamağa başladılar

ermenilerin-naxcivana-kocurulmesi

Ermənilərin öz müsəlman hökmdarlarına qarşı hərə­kətləri 1796-cı ildə Şərqi Qafqaz xanlıqlarına olan rus basqınları dövründə başlandı. Bu xanlıqlar nominal olaraq İran tabeliyində olsalar da faktiki olaraq yerli hökmdarlar – xanlar tərəfindən idarə olunurdu. Onların əhalisi əsasən türklərdən, əhəmiyyətli dərəcədə digər müsəlman xalqlarından və ermənilərdən ibarət idi. Rus qoşunları basqın edərkən xanlıqların təbəələri olan ermənilər casus rolunu oynamağa başladılar. Məsələn, ermənilər Dərbəndin su təchizatı planını ruslara verməklə şəhərin süqutunu mümkün etdilər.