Azərbaycanın İrəvan şəhəri XVIII əsrdə
Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi.
Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi.

Uzun illər ərzində işğal altında olmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-dini irs sistemli şəkildə dağıdılıb, talan edilib və mənimsənilib. Bu proses yalnız ayrı-ayrı abidələrin məhv edilməsi ilə məhdudlaşmayıb, bütövlükdə mədəni irsin silinməsinə yönəlmiş ardıcıl siyasət xarakteri daşıyıb.
XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və onun ətraf ərazilərində baş verən hadisələr, Ermənistanın torpaqlarımızda törətdiyi qanlı hadisələr, apardığı yalan və böhtan siyasəti bu təcavüzkar dövlətin özünün uydurma tarixinə bir daha yenidən baxılmasını tələb edir. Bu baxımdan yanaşdıqda hələ XIX əsrin axırlarında Qafqaz-rus mətbuatında rus maarifçi ziyalısı Stepan Pavloviç Zelinskinin yazıb çap etdirdiyi materiallar xüsusi aktuallıq kəsb edir.
Ermənilərin yaşadığı ərazi və onların mənşəyi məsələsi haqqında çox dolaşıq və müxtəlif mülahizələr mövcuddur. Bunları ermənilərin özləri bilərəkdən və məqsədli şəkildə irəli sürürlər. Qədim ermənilər özlərinə erməni yox, hay demişlər.