“Böyük Ermənistan” , yoxsa iri dövlətlərin erməniləri marionetə çevirmək cəhdi?
“Böyük Ermənistan” yaradılması ideyasının sayıqlama olduğunu ermənilər “erməni məsələsi”nin meydana çıxmasından sonrakı bütün dövrlərdə əla anlayırdılar. Hətta 1914-1918-ci illər Birinci Dünya müharibəsi başlamazdan öncə, gələcək hərbi əməliyyatlar teatrının ərazisinə – Türkiyəyə və Zaqafqaziyaya yayılmış ermənilərin cəlb edilməsi ilə bağlı Antantanın “Daşnaksütyun”a təklifindən də bu aydın görünür. Onlar ermənilərə “Böyük Ermənistan” yaratmağı təklif etməklə erməniləri öz məqsədləri uğrunda marionetə çevirmək istəyirdilər.