HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

1988-1989-cu illər deportasiyası

Foto Xalid Əsgərov

Azərbaycanlıların İrəvandan 1988-89-cu illər deportasiyası, 1828-ci ildən etibarən Rusiyanın həyata keçirdiyi şəhərin etnik tərkibinin erməniləşdirməsi siyasətinin və sonrakı dövrlərdə isə Ermənistan hökumətinin reallaşdırdığı etnik təmizləmə siyasətinin son mərhələsi oldu.

Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu əhatə edirdi

Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim zəngin tarix və mədəniyyətinə malik bir ölkədir. Bu zəngin tarix iki milyon ildən çox bir dövrü əhatə edir. Bəşər tarixinin bütün mərhələləri Azərbaycan torpağında öz silinməz izini qoymuşdur. Qədim Azərbaycan tarixinin hər bir səhifəsi çox qiymətli hadisələrlə zəngindir.

Tarixin “üzqarası” – erməni saxtakarlığı

deportasiya tehlil saxtakarliqFüsunkar təbiəti, zəngin tarixi, yeraltı və yerüstü sərvətləri Azərbaycan əsrlər boyu yağlı tikə kimi xarici istilaçıları, bədxah qüvvələri rahat buraxmayıb. Humanist, qonaqpərvər, səxavətli xalqımız isə həmişə xeyirxah hisslərlə yaşayıb, darda qalanlara əl tutub, son tikəsini də kimsədən əsirgəməyib. Təqribən iki əsr bundan əvvəl ermənilər öz havadarları olan – rus və fars şovinistlərinin köməyi ilə İran və Türkiyə ərazilərindən kütləvi surətdə Azərbaycana köçürüldülər. Burada yurd-yuva salıb məskunlaşan, yaşayan, özünə gələn qədirbilməz “nankor gəlmələr” bir müddətdən sonra rəzil simalarını göstərdilər. Onların törətdikləri cinayətləri nəzərdən keçirəndə heyrətlənməyə bilmirsən. Bilmirsən ki, buna nə ad verəsən: nankorluqmu, qədirbilməzlikmi, namərdlikmi, yoxsa..?