HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

Azərbaycanlıların son deportasiyası

deportasiya

Son deportasiya zamanı Ermənistan dövləti 8 min kvadratkilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan azərbaycanlıları doğma yurdlarından qovub.

Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyaları

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.

 

Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası – 1950-1989

1948-50-ci illərdə Stalinin sərəncamı ilə Ermənistandan 100 mindən artıq azərbaycanlı köçürüldü. 1968-ci ilədək Azərbaycan toponimlərinin əksəriyyəti erməni toponimləri ilə əvəzləndi. 1950-ci illərdə İrəvan Pedaqoji Universitetinin dörd əyani və qiyabi Azərbaycan fakültəsi bağlandı.