HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Təhlil

Ermənistandan qovulan azərbaycanlılar Dağlıq Qarabağda niyə yerləşdirilmədi?

Erm--nistandan

Məlum olduğu kimi, Dağlıq Qarabağ hadisələri başlayan kimi məhz Ermənistanda azərbaycanlılara qarşı terror gücləndi. Azərbaycanlılar Ermənistandan, əzəli dədə­-baba yurdlarından zorla qovuldular. Z.Balayan iddia edir ki, «azərbaycanlıların yarısı zəlzələ zonasında yaşayırdı və zəlzələdən sonra onlar özləri Ermənistandan getdilər».

Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası üç mərhələdə aparılıb

+++en_deportasiya_tehlil_manshet

Azərbaycanlıların Ermənistanın indiki ərazisindən kütləvi köçürülməsi SSRİ Nazirlər Sovetinin Azərbaycan əhalisinin Ermənistan SSR-dən Kür-Araz ovalığına qovulması haqqında 1947-ci il 23 dekabr tarixli qərarı ilə həyata keçirilib. Bu qərara əsasən, 1948-1953-cü illərdə Ermənistandan Azərbaycana 100 min nəfərdən çox adam köçürülüb.

Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyaları

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.