I ALEKSANDRIN DÖVRÜNDƏ ERMƏNİ KİLSƏSİNİN FƏALİYYƏTİ
1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədi ilə apardığı cəsusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqqədəs Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onlan «müsəlman zülmündən» xilas etməyə səsləyirdi.