“Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşma ABŞ Prezidenti üçün çox əhəmiyyətlidir”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət departamentinin sözçüsü Tammi Bryus deyib. O bildirib ki, dünya artıq Prezident Trampın bu məsələdə nə qədər ciddi olduğunu bilir.
“Tərəflər Ağ Evdə oldular. Bu, administrasiya və dünya üçün vacibdir. Bu barədə çox yazılmadığı üçün bəzi insanlar bəlkə də bilmirlər. Bu iki qonşu onilliklərdir ki, münaqişədədir. Artıq 35 ildən çoxdur ki, saysız-hesabsız insan həyatını itirib, nəsillər zərər görüb. Avropalılar, Fransa, Putin və hətta Bayden münaqişəni bitirməyə cəhd etsə də yalnız Prezident Tramp bu tarixi sülhü razılaşdırmaq üçün bu iki ölkəni uğurla bir araya gətirə bildi. Ona görə də düşünürəm ki, dünya bilir ki, Tramp münaqişələrin və ya ədavətin nə qədər davam etməsindən asılı olmayaraq, ölkələr arasında uzunmüddətli, davamlı sülhə sadiqdir. O, realistdir və bu öhdəlik gördüyümüz kimi diplomatiyaya əsaslanır. O, müharibələri dayandırmaq üçün ABŞ Prezidenti olmaqdan maksimum yararlanaraq əlindən gələni edəcək”, – deyə Tammi Bryus əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










