HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

həvəngdəstə

73 yaşlı Mariya Nikolayevna özündən, Allah bilir, neçə yaş kiçik olan Sergey Vladilenoviçə necə ismarıc yolladı

Kiriyenkodan əvvəllər də gözüm su içmirdi. Rusiyanın baş naziri Sergey Vladilenoviç Kiriyenkonu deyirəm. 35 yaşında baş nazir olar? 35 yaşında olsa-olsa “upravdom”, deputat, əşi, lap vergi yığanların başçısı da olmaq olar. Baş nazir olmaq olmaz. Elə isə, sözüm onda deyil. Bu Kiriyenko baş nazir oldu-olmadı, Rusiya iqtisadiyyatının evi yıxıldı. Ondan sonra da Kiriyenkonun baş nazirliyinin uzunqulağı canını tapşırdı sahibinə. Amma Sergey Vladilenoviç də, Sergey Vladilenoviçdir ha. Heç özünü o yerə qoymadı. Bu yaxınlarda da “Novaya sila” adlı bir ictimai hərəkat yaratdı, oldu həmin hərəkatın lideri. İndi də Rusiyanın paytaxtı Moskvanın meri olmaq istəyir.

SİYASƏT TÜKƏNMƏZ MÖVZU MƏNBƏYİ

Məmləkətin siyasi aləmi media mənsubları üçün tükənməz mövzu mənbəyi rolunu oynayır. Doğrudan da, həyatımızın əksər sahələrində hökm sürən ölgünlük və özünəməxsusluğu ilə seçilən “konservatizm” siyasət aləminə tam nüfuz edə bilməyib.

SARILIQ?! Bu, məmləkət mətbuatının mərəzlərindən ən təhlükəlisi deyil.

Məmləkət nəşrlərinin kifayət qədər böyük hissəsi “sarılıq” xəstəliyinə tutulub. Bu əsla şübhə dogurmur. Xəstəliyin getdikcə, ağırlaşması da gün kimi aydındır. O da bəllidir ki, təsiredici “dərman” tapılmayıb. (Bu “dərman” əslində yalnız oxucular tərəfindən tapıla bilər. Potensial  qəzet alıcılarının sırasında “sapsarı” xəbər və yaxud “təhqiqat” azarkeşləri çox olduğundan “dərman axtarışı”nın baş tutacağı ağlabatan deyil.) Beləliklə, bu gün Azərbaycan mətbuatının xəstəlikləri sırasında “sarılıq” bəlkə də ən əsas yeri tutur. Gəlin araşdıraq, bu xəstəlik necə meydana gəlib və nə dərəcədə təhlükəlidir.

PORTRET

Qəzetin oxucusu, radionun dinləyicisi, televiziyanın tamaşaçısı olmalıdır. Əks tədqirdə nə qəzet, nə radio, nə də televiziya yaşaya bilməz. Hər halda yaşamamalıdır. Görəsən Azərbaycan qəzetlərinin, radio və televiziya kanallarını yaşadanlar kimlərdir? Doğrudan da, XX əsrin sonlarında məmləkətin informasiya “istehsalçı”larının məhsulunun “istehlakçı”ları haqqında nə demək olar? Gəlin Azərbaycan oxucusunun, dinləyicisinin, tamaşaçısının portretini canlandıraq.

VELOSİPED, YOXSA … TANK?!

Azərbaycan mediasının başa düşülməsi çox çətin olan məntiqsizlikləri sırasında bəzi kütləvi informasiya vasitələrinin qeyri-müəyyən dövriliklə çıxmaları xüsusi yer tutur. Bu məmləkətin məntiqi gündəlik, günaşırı, həftədə iki dəfə və yaxud həftəlik rejim əsasında deyil, heç kəsin başa düşə bilməyəcəyi “qayda”da fəaliyyət göstərən nəşrləri var. “Ayda-ildə bir dəfə” çıxan bu nəşrlər kimə lazımdır? Və ümumiyyətlə, dövriliyi hətta baş redaktoruna belə bəlli olmayan nəşr kiməsə lazım ola bilərmi? Daha bir sual, əgər bütün dünyada ixtiyari kütləvi informasiya vasitəsi dayanan kimi yıxılan velosipedlə müqayis’ edilirsə, mövcudluğu “adı var, özü yox” məntiqinə söykənən nəşrlər media müstəvisinə necə daxil olur? Gəlin elə bu sualın cavablandırılmasından başlayaq.

MİNİMUM VƏ MAKSİMUM

XX əsrin sonlarının ixtiyari günü azərbaycanlıların qarşısında yeni-yeni vəzifələr qoyur. Və bu vəzifələrin tam əksəriyyəti “şirvan” parametrlidir. Görəsən, məmləkət jurnalistlərinin qarşısına qoyulan vəzifələrin paramertləri barədə nə demək olar?