Yəhudi lobbi rəhbəri: “Xocalı faciəsi yəhudilərə qarşı törədilən soyqırımı ilə eynidir”
“Avropada bəzi təşkilatlar Azərbaycana qarşı ədalətsiz mövqedə dayanıb. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, kütləvi qətliamlar törətməsi gündəmə gətirilmir. Bu, ədalətsizlikdir”.
Bunu APA-ya Niderland Yəhudi Tarix muzeyinin həmsədri və maliyyəçisi, Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Benelüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri Joel Fresko deyib.