…Dağlıq Qarabağ bölgəsində yaşayan və elə bir ehtiyatı olmayan 100 mindən bir qədər çox erməni 7 milyonluq əhalisi olan ölkəyə qarşı geniş miqyaslı hərbi əməliyyatlar apara və onun ərazisinin 20 faizini işğal edə bilməz. Respublikanın Dağlıq Qarabağ bölgəsinin 50 min azərbaycanlı əhalisinin hüquqlarını inkar etməyə cəhd göstərilir.
…26 fevral 1992-ci ildə Xocalı şəhərində dünya misli görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi quldurları aylarla tam mühasirədə saxlanan Xocalı şəhərini yerlə yeksan etdilər. Köməksiz mülki əhali azğın bir amansızlıqla qətlə yetirildi.
…Xaricdəki imperiyapərəst qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı