HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Laçın

Bakıdan Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 13 oktyabr tarixindən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

Zəfər tarixindən səhifələr: Laçın şəhərinin azad olunmasından iki il ötür

İki il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd olunur.

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun Cəbrayıl və Laçına səfəri başlayıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun Cəbrayıl və Laçın rayonlarına səfəri başlayıb.

“Laçın-100 ədəbi antologiya” çapdan çıxıb

Laçın şəhərinin salınmasının 100 illiyi (1924-2024) münasibətilə “Laçın-100 ədəbi antologiya” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, əslən laçınlı şair, nasir və aşıqların yaradıcılığından ibarət nümunələrin toplandığı antologiya 400 illik dövrü əhatə edir.