HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

1905.az rəsm qalereyası

Cıdır düzü

cidir duzu
Səttar Bəhlulzadə – Cıdır düzü. 1956

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Bəhruz Kəngərli. “Qaçqın oğlan”

Bəhruz Kəngərli. "Qaçqın oğlan"
Bəhruz Kəngərli. “Qaçqın oğlan”

 

Bəhruz Kəngərli 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır.

Təhqir olunmuş Xocalı. Rəssam: Asif Azərelli

17 086
Təhqir olunmuş Xocalı. Rəssam: Asif Azərelli

Əsərdə düşmən tapdağı altında qalan maddi-mənəvi dəyərlərimizi təsvir edilib. Şəklin yuxarı küncündə düşmən tankları, həlak olmuş xocalılar, qətlə yetirilmiş ana-bala, əsas hissədə Azərbaycanın mənəvi mədəniyyət nümunələri – vaxtilə Xocalıda tapılmış saxsı qab parçaları, pərdəsi cırılmış tar, yarıya bölünmüş kamança, sındırılmış qaval, yerə atılmış Füzulinin kitabı, foto-şəkillər əks olunub. Və əlində avtomat olan erməni əsgəri bu dəyərləri tapdalayır.

Ailə əsirlikdə

Ailə əsirlikdə. Rəssam: Nazim Məmmədov. "Xocalı harayı" silsiləsindən
Ailə əsirlikdə. Rəssam: Nazim Məmmədov. “Xocalı harayı” silsiləsindən

Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olmuşdur.

Nəzrin Məmmədova: “Yuva” (2014)

Nezrin Memmedova Yuva
Nəzrin Məmmədova, Yuva

Nəzrin Məmmədovanın Yuva əsəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asssosiasiyasının gənc rəssamlar arasında keçirilən “Sərsəng harayı“ rəsm müsabiqəsinin qaliblərindən biri olmuşdur. Yuva əsərində müharibənin soydaşlarımızın həyatında buraxdığı izləri, viran qalmış Qarabağın əsrarəngiz təbiətinin bu günkü vəziyyəti, ekoloji durumu və minlərlə dinc əhalinin dağıdılmış yurdları təsvir olunub.

Bəhruz Kəngərli. “Qaçqın qadın” (1919)

 

Bəhruz Kəngərli 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır.