HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

1905.az rəsm qalereyası

Qızılbaşlar. Rəssam: Sakit Məmmədov

 

Sakit Məmmədov (Azərbaycan Respublikasının Əməkdar Rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, akademik ) 1958-ci ildə Neftçala şəhərində anadan olmuşdur.
1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978-1980 ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir.

Keçmişimizdən bu günümüzə

IMG-20150410-WA0001
Keçmişimizdən bu günümüzə. Rəssam: Aygün İlyasova

“Keçmişimizdən bu günümüzə” əsərində  Azərbaycan xanlıqları dövründə olan bayraqlar və Qarabağ xalçasından ibarət olan bir kompozsiya qurulub.  Əsərdə həmçinin dövlət gerbimizdən və üç rəngli bayrağımızdan müəyyən hissələr verilmişdir. “Keçmişimizdən bu günümüzə” əsəri 2014- cü ildə Azərbaycan Respublikası Nazirlər kabinetinin yanında Dövlət Bayrağı Meydanı kompleksi idarəsinin birgə təşkil etdiyi “Bayrağımız qürur mənbəyimizdir!” sərgisində nümayiş olunub.

Qoca qarabağlı. Rəssam Asif Azərelli

Rəssam Asif Azərelli 1946-cı ildə Azərbaycanın Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1980-cı ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir. 1980-cı ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur.

Ananın harayı. Rəssam: Ləman Aslanova

Ləman Aslanova 1997-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzununudur

Sarı Gəlin. Rəssam: Rüstəm Məmmədov

DSC_7785
Sarı Gəlin. Rəssam: Rüstəm Məmmədov Kətan – Akril boya

Bütün yaradıcılığı boyu həyatda gördüklərini, duyğu və düşüncələrində, təxəyyülündə canlandırdığı mövzuları realizm ənənələrinə sadiq qalaraq rənglərdə ifadə edən istedadlı rəssam Rüstəm Məmmədov, əslində, həm də bununla dünyamızı real-gerçəkçi cizgi və rənglərlə ifadə etmək imkanlarının nəhayətsiz olduğunu nümayiş etdirir.