HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb – VİDEO

Ateskes

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.
Düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

http://mod.gov.az/az/news/ermenistan-silahli-quvvelerinin-novbeti-texribatinin-qarsisi-alinib-font-color-red-video-font-17757.html

 

“XOCALI YADDAŞI” İŞIQ ÜZÜ GÖRDÜ

Xocalı Yaddasi kitab

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalının “1905.az kitabı” seriyasından ikinci nəşri – “XOCALI YADDAŞI” kitabı işıq üzü görüb. Orijinal dizayn və nəfis tərtibatla çap olunan kitab Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub və şərti olaraq üç hissəyə bölünüb. Kitab AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun ön sözü ilə açılır. Birinci bölümdə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsi tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin işğalı ilə bağlı materiallar verilib. Birinci bölüm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarından müvafiq iqtibaslarla müşayiət olunur.