HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xankəndi

Xankəndidə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilib

Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktik konfrans keçirilib. Konfransda Prezident Kitabxanasının və Qarabağ Universitetinin əməkdaşları, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi və Ağdam Sənaye Parkının məsul əməkdaşları ilə görüş keçirilib. Görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xankəndidə 1300 abonent təbii qazla təmin olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq işləri həyata keçirir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun tikintisi sürətlə davam etdirilir

Prezident İlham Əliyevin Sərəncamı ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir.