
Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi və Ağdam Sənaye Parkının məsul əməkdaşları ilə görüş keçirilib. Görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Rektor Şahin Bayramov universitetin regionun inkişafında oynadığı roldan, elm və sənaye əməkdaşlığının əhəmiyyətindən bəhs edib. Rektor sənaye parkı ilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Ş.Bayramov bu cür əməkdaşlıqların Qarabağ Universitetinin tədris və tədqiqat fəaliyyətinə töhfə verəcəyini, eyni zamanda, tələbələrin istehsalat təcrübəsi və gələcək karyera imkanları baxımından faydalı olacağını qeyd edib.
Səfər zamanı nümayəndə heyəti Parkın rezidenti olan müəssisələrdə yaradılmış müasir istehsal prosesləri ilə yerində tanış olub. Onlara tətbiq olunan vergi güzəştləri, məhsul satışları və ixrac imkanları barədə də ətraflı məlumat verilib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











