Azərbaycan üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliklərinə əməl edir. Belə ki, Laçın yolu humanitar məsələlər üçün açıqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
Nazir qeyd edib ki, Laçın yolundan silah-sursatın, minaların və s. daşınması yolverilməzdir.