APA. “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam etdirilir”.
APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bəllidir: “Biz kompromis kimi yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusu məsələsini müzakirə edə bilərik. Azərbaycanın mövqeyi çox konstruktivdir. O baxımdan ki, bütün ordu kənarda qalsın, insanlar geri qayıtsın, yollar açılsın və biz bütün əlaqələri bərpa edək. Bütün yolların, kommunikasiyaların açılması imkan verəcək ki, regionda addım-addım, normal şəkildə əlaqələrimizi quraq. Hamı bilir ki, danışıqlar bunun əsasında aparılır. Həm həmsədrlər, həm də Azərbaycan tərəfi bu istiqamətdə addımlar atır. Qalır Ermənistanın da bunu qəbul etməsi… Gec-tez bu da olacaq. Mən heç şübhə etmirəm”.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









