Avqustun 25-də Ermənistan Respublikası ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair hesabatın təqdimat mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, hesabatda Ermənistan ərazisində istismar olunan mədənlərin Ermənistanın, transsərhəd çaylar vasitəsilə Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin ekologiyasına ziyan vurması barədə ətraflı məlumat qeyd olunub.
Qeyd edək ki, sözügedən hesabat “Environmental Protection First” QHT koalisiyası tərəfindən Azərbaycan Respublikasının Kosmik Agentliyinin dəstəyi ilə hazırlanıb.
Təqdimatda dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin, QHT və media qurumlarının təmsilçiləri iştirak edirlər.