Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda bu elm müəssisəsinin yeni nəşri olan “Erməni psixologiyası” kitabının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini Lalə Əhmədova erməni psixologiyasının əsil mahiyyətini üzə çıxaran kitabın məziyyətlərindən, aktual mövzuya həsr olunmasından söz açıb.
Bildirilib ki, altı bölmədən ibarət kitabın müəllifi İnstitutun əməkdaşı, tanınmış jurnalist Eldəniz Elgün, “Ön söz”ün müəllifi institutun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafayevadır.
Tədbirdə çıxış edənlər ermənilərin psixologiyası, onların aqressiv ünsiyyətləri, tarixi həqiqətlərin saxtalaşdırılmasında xüsusi ustalıqları və digər məsələlərdən danışıblar.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









