Cari ilin oktyabrın 11-17-si tarixlərində Bakı şəhəri Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək. Bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın hakim, beynəlxalq təşkilat nümayəndələri və hüquqşünaslar qatılacaqlar.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tədbirlə əlaqədar BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Margaret Satterhvaite də Bakıya səfər edəcək. Onun iştirakı məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər mövzusunda keçiriləcək beynəlxalq konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolunun müzakirəsinə xüsusi önəm verəcək.
Xatırladaq ki, Azərbaycan Hakimlər İttifaqının 2009-cu ildən üzv olduğu Beynəlxalq Hakimlər Assosiasiyası insan hüquqları və məhkəmə müstəqilliyinin qorunması istiqamətində önəmli addımlar atır. 2025-ci ildə Bakıda keçiriləcək Baş Assambleya çərçivəsində, həmçinin qurumun idarəetmə orqanlarına seçkilər aparılacaq və növbəti prezident müəyyən ediləcək.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










