Oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərində azərbaycanlı namizədlər də mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, seçkilərdə iştirak etmək üçün 15 azərbaycanlının namizədliyi irəli sürülüb. Onlardan 3-ü majoritar dairələrdə, 12-si isə proporsional siyahılarda namizəd olublar.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, X çağırış parlament seçkilərində yalnız 3 azərbaycanlı namizəd qalib gəlib.
Onların 2-si hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının üzvüdür.
Marneuli rayonunun sabiq meri Zaur Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, sabiq deputat Savalan Mirzəyev isə proporsional siyahı üzrə mandat əldə edib.
Parlamentdə deputat mandatı əldə edən üçüncü azərbaycanlı Abdulla İsmayılov isə “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyinin proporsional siyahısında olub.
Xatırladaq ki, IX çağırış Gürcüstan parlamentində 4 azərbaycanlı deputat olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi