“Heydər Əliyev və Azərbaycanın neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfransda Milli Məclisin deputatları, AMEA prezidenti, SOCAR nümayəndələri, Türkiyə, Gürcüstan, Özbəkistan, Türkmənistan, İsrail, Qazaxıstan, Rusiya, Tacikistan və digər ölkələrdən alimlər iştirak edirlər.