Azərbaycan antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarına kiberhücumlar olub. Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücumu qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.
T.Məmmədov qeyd edib ki, xidmət mütəxəssisləri onların qarşısını alır: “Azərbaycanda antiterror tədbirləri başlayanda dövlət qurumlarının internet resurslarına çoxsaylı kiberhücumlar qeydə alınıb. Bu hücumların əksəriyyəti dövlət qurumlarının saytlarına qarşı həyata keçirilib. Çoxsaylı saxta domenlər yaradılıb və kiberhücumlar reallaşdırılıb. Son zamanlar saxta domenlər üzərindən kiberhücumlar artmaqdadır. Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









