Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun İraq Kürdüstan Regionunun başçısı Nəçrivan Bərzani ilə görüşündə bu regionun mərkəzi olan Ərbil şəhərində ölkəmizin konsulluğunun açılması məsələsi müzakirə olunub.
AZƏRTAC ölkəmizin İraqdakı səfirliyinə istinadla xəbər verir ki, görüş əsnasında Azərbaycanın İraq və bu ölkənin Kürdüstan regionu ilə əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Tərəflər qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 18-də Nəçrivan Bərzanini qəbul etməsi və aparılan danışıqlar əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addım olub.
Görüşdə qeyd olunub ki, Azərbaycanla İraqın Kürdüstan Regionu arasında iqtisadiyyat, ticarət və turizm sahələrində əməkdaşlığın geniş potensialı mövcuddur. Məhz bu kontekstdə Azərbaycanın dövlət başçısı və regionun rəhbərinin Münxendə keçirilmiş görüşündə Ərbil şəhərində konsulluğun açılması məsələsi nəzərdən keçirilib. Bu yaxınlarda Nəçrivan Bərzaninin Azərbaycana planlaşdırılan səfəri çərçivəsində də ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə ediləcək.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









