
“Uzun illər işğalda saxlanılan ərazilərin azad edilməsi ilə bu bölgələrdə aqrar fəaliyyət bərpa edilib”.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“2021-ci ildə 10 min hektar, 2022-ci ildə 50 min hektar, 2023-cü ildə isə 72 min hektar ərazi əkin dövriyyəsinə qatılıb. Azad edilmiş ərazilərdə çoxillik əkinlərin təşviq olunması dövlətin daim diqqət mərkəzində saxlanılır. Son illərdə bu ərazilərdə sahibkarlar tərəfindən 200 hektardan artıq fındıq bağı salınıb. Bu bağlara əkin subsidiyası ödənilib, istifadə olunan texnika və avadanlıqlara dövlət dəstəyi göstərilib”, – deyə A.Cəfərli bildirib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









