
Müasir dövrün təhdidlərinə qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Müdafiə Nazirliyinin illik fəaliyyət planına əsasən kompleks tədbirlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrdə mütəmadi profilaktik tədbirlər keçirilir.
Tədbirlərdə “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin tələbləri, kibertəhdid və təhlükələrə qarşı mübarizə üsulları, internet resurslarından təhlükəsiz şəkildə istifadə qaydalarına əməl etmək – kibergigiyena, kiberhücumlardan qorunma yolları, həmçinin məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunması məqsədilə informasiya təhlükəsizliyinin əhəmiyyəti hərbi qulluqçulara izah olunur, onları maraqlandıran suallar cavablandırılır.
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










