Bu ilin sonu və ya gələn ilin əvvəllərində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik etməli olacağıq.
AZƏRTAC xəbər verir ki, bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə bildirib.
O deyib ki, çünki itkin düşməsi barədə əvvəllər dövlət qurumlarına məlumat verilməyən şəxslərin yaxınları komissiyaya müraciət ediblər.