Azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov aldığı çoxsaylı xəsarətlərdən elə həmin gün – iyunun 27-də saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanlarının inzibati binasında, onun qardaşı, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən səhər saatlarında əməliyyat qurumlarına məxsus xidməti avtomobildə daşınarkən ölüb.
AZƏRTAC xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, iyunun 30-da zərərçəkmiş şəxslərin meyitləri Bakı şəhərinə gətirilib və ölümün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəylərinə əsasən, Ziyəddin Səfərovun ölümünə səbəb ona yetirilmiş çoxsaylı travma fonunda yaranmış posttravmatik şok, Səfərov Hüseynin ölümünə səbəb isə çoxsaylı travma fonunda yaranmış posttravmatik və posthemoragik şok olub.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











