Ölkəmizdə son iki həftədə koronavirus əleyhinə istifadə oluna biləcək yeni dərmanların gətirilməsi müzakirə edilir. Məsələ Səhiyyə Nazirliyi tərəfindən diqqətlə izlənilir. Sübuta yetirilmiş elmi məlumat topladıqdan sonra həmin dərmanların Azərbaycana gətirilməsi nəzərdən keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Nazirin birinci müavini bildirib ki, həmin dərmanların vaksinasiyanın yerini tutacağı ilə bağlı fikirlər yanlışdır. Bu dərmanlar, sadəcə, virusun replikasiyasının qarşısını alacaq. Onlar vaksinasiyaya dəstəkləyici xarakter daşıyır.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









