Los-Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb və həmin şəxsin məhkəməsi olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 23-də keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
Leyla Abdullayeva qeyd edib ki, Azərbaycanın Belçikada diplomatik nümayəndəliyinin yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı da 6 nəfər saxlanılıb: “Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”.