Azərbaycan Mərkəzi Bankı (AMB) Qarabağın işğaldan azad edilən rayonlarına həsr olunmuş xatirə banknotları buraxacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.
“AMB, eyni zamanda, ulu öndər Heydər Əliyevin qardaş Türkiyə ilə bağlı söylədiyi “Bir millət iki dövlət” devizi altında xatirə nişanları buraxacaq. Xatirə nişanlarını Böyük Qələbənin ildönümünədək buraxmağı planlaşdırırıq”, – deyə E.Rüstəmov qeyd edib.