
Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn Prezident seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir.
Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.
Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.
Üç dildə – Azərbaycan, ingilis və rus dillərində hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









