Azərbaycanın Xalq Rəssamı (1964), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1965) Maral Rəhmanzadə 1916-cı il Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1930-1933) və Moskva Rəssamlıq İnstitutunda (1934-1940) oxumuşdur.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, 1940, “Qadınlar müharibə illərində”, 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan” və s. (1965-1975)).
Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.
2008-ci ildə vəfat etmiş və Mərdəkan qəbristanlığında torpağa tapşırılmışdır. M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb. O, Prezidentin fərdi təqaüdçüsü idi.