Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, illik məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib.
Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul olunub.