Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupun iclası keçirilib.
AZƏRTAC Rusiya hökumətinin saytına istinadla xəbər verir ki, oktyabrın 20-də keçirilən iclasda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mger Qriqoryan iştirak ediblər.
Məlumatda deyilir ki, oktyabrın 20-də üçtərəfli İşçi qrupun 8-ci iclasının birinci hissəsi keçirilib. Görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanat çərçivəsində görülən işlərin gedişi müzakirə olunub.
İşçi qrupunun 8-ci iclasının ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılıq əldə edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









