
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Hər evdə bayramın dadı” adlı xeyriyyə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çoxuşaqlı və aztəminatlı ailələri Novruz bayramı münasibətilə təbrik ediblər. Hər ailəyə Novruz sovqatları və Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri təqdim olunub.
Xeyriyyə aksiyasında RAGB-nin fəalları və könüllüləri iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









