Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan məlumatda qeyd edilib.