Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel arasında bu gün Bakıda görüş keçirilib.
APA-nın xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, görüşdə Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini keçiriləcək “Qərb-2017” strateji təlimlər barədə ətraflı məlumatlandıraraq, onların planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini vurğulayıb. Valeri Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib.
Görüşdə tərəflər təmasları davam etdirməyə qərar veriblər.
https://apa.az/herbi-xeberler/herbi_xeber/nato-herbi-komitesinin-rehberi-ve-rusiya-bas-qerargah-reisinin-bakida-gorusu-kecirilib-1344.html

















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









