
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Amerika Xarici Siyasəti üzrə Milli Komitəsi anlaşma memorandumu imzalayıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, müqaviləyə əsasən, 1947-ci ildə təsis olunmuş Amerika Xarici Siyasət üzrə Milli Komitəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Bakı Forumuna hazırlıq və ekspertlərin cəlb olunmasında, Avropa və ABŞ-da birgə seminar, konfrans və ictimai müzakirələrin təşkilində, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-York şəhərində təşkil etdiyi Ali Səviyyəli toplantısında əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, anlaşma memorandumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freiberqa, İsmayıl Seragəldin və Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott tərəfindən imzalanıb.