
Oktyabrın 26-dan Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahların ilk dayanacağı Qarabağın hava qapısı olan – Füzulidəki beynəlxalq hava limanı olub. Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.
Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçi klubları 2020-2024-cü illərdə Qarabağa və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.
Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-ci səfərdir. Belə səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









