Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni sədri Pedro Aqramunt bu vəzifədə görəcəyi işlərdən, assambleyanın prioritetlərindən, Avropada və dünyada baş verən əsas hadisələrdən, mövcud problemlərin həllindən danışıb.
APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA sədri Avropa Şurasına üzv ölkələrdə həll edilməmiş münaqişələrin vəziyyətinə də toxunub: “Bizim təşkilatımız daxilində bir neçə ölkədə münaqişələr hələ də həll edilməyib. “Dondurulmuş” adlandırdığımız münaqişələr mövcuddur. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı bölgədəki münaqişə, eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu münaqişələrin həll edilməməsi ümumilikdə Avropanın təhlükəsizliyi üçün təhdid təşkil edir”.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









